nasiroff.az

  • Ana səhifə
  • Xəbərlər
  • Dizayn
  • Texnologiya
  • Faydalı Linklər
  • Dizayn vakansiyaları
  • Əlaqə
Home» Digital»Süni İntellekt Dizayneri əvəz edəcəkmi?

Süni İntellekt Dizayneri əvəz edəcəkmi?

12 Фев 2023 Digital, Məqalələr, Texnologiya 423 Views

Bəli, son zamanlar Süni inttelekt ətrafında bir çox dizaynerlərdə narahatçılığ yaranmağa başlayıb. Süni intellekt digər sahələr kimi qrafik dizayn sahəsinidə əvəz edə biləcəkmi?
İndi isə mən bu suallara bacardığım qədər qısa və aydın izah verməyə çalışacam.

Əslində ötən ildən Süni İntellekt ətrafında böyük partlayış və ajotaj yaranmağa başlayıb. Süni intellektin incəsənət yaradıcılığı ilə bağlı alətləri onun imkanlarını olmayan qədər artırıb və bu imkanlar hal hazırda isə durmadan daha da, təkmilləşdirilir. Bu isə öz növbəsində bir çox sənət adamlarında ekzistensial düşüncəli suallar yaratmağa başladı.

Süni İntellekt yaradıcı insanları əvəzləyəcəkmi?, Süni intellekt vasitəsi ilə yaradılan incəsənətin müəllif hüquqları bəs kimə məxsus olacaq?. Dizaynerlər süni intellekt ilə birgə çalışmağa məcburdurlarmı yoxsa geriyə düşəcək riskinimi yaşıyırlar?. Gələcək öncədən heç kimə bəlli olmadığı kimi Süni intellektin də incəsənət sənayesinə nə qədər uzun müddətli təsir edəcəyini heç kim dəqiq deyə bilməz.
Bircə onu bilirik ki, Aladdinin cinini lampadan çıxardıblar, oda heç zaman geri dönməyəcək. Əgər zamanla sistemdə problemlər aşkarlanarsa o zaman o öz populyarlıq gücünü sürətlə itirəcək.

Süni intellekt maşını incəsənət əsərini necə yaradır.?  Biz əgər Süni İntellekt vasitəsi ilə yaradılan incəsənətdən danışırıqsa bu zaman biz bir proqramı nəzərdə tuturuq. O proqrama açar sözlər daxil etməklə biz ona məcbur edirik ki, poqrama öyrədilmiş milyonlarla şəkildən yeni bir şəkil yaratsın.

Süni İntellekt arasında ilk səs salan Dall-E neyro şəbəkəsi olmuşdur. O 2019-cu ildə Microsoft və OpenAl şirkətləri tərəfindən yaradılmış bir layihə idi. Dall-E neyro şəbəkəsi təkamülün ən populyar şəkil generasiya edən ilk dalğası idi. O 2021-ci ilin ortalarından istifadəyə verildi, diqqət etsəniz çox zaman Dall-E vasitəsi ilə generasiya olunan şəkil zaman şkalası ilə təsvir olunur.
Digəri isə daha populyar və müasir süni intellekt texnologiyası əsasında hazırlanmış Midjourney və Stable Diffusion-dur. Bütün bu rəqəmsal texnologiyalar eyni prinsiplə çalışır.

Siz bəlli komandalar vasitəsi ilə əmrlər verirsiz oda sizin əmrlər sayəsində şəkilləri generasiya edir. Daha sonra əldə olunmuş nəticənin daha bir neçə formalarını sizə yenidən generasiya edə bilmək imkanı verir. Sistemin istifadəsi çox sadədir və istənilən şəxs onu rahatçılıqla istifadə edə bilər. Onlar realfoto şəkillər, illustrasiyalar hətta Van Qoq üslubunda rəsmlərdə çəkə bilər. Bu gün incəsənət adamlarının da ən çox narahat edən məhs elə proqrama verilən tələblərin nəticəsi -sürətli,keyfiyyətli və hər kəsə əl çatan olmasıdır.

Tarixə diqqət etsək belə texniki baxımdan inqilabı hadisələr çox tez-tez olub. İlk dəfə Kamera (1820-ci ildən) yarananda insanlar düşünürdülər ki bu rəsm əsərlərin sonunu gətirəcək. Çün ki, siz kamera vasitəsi ilə gözəl mənzərəni çəkə bilirsinizsə o zaman onu yenidən niyə əl ilə çəkəsizniz ki,?. Əlbətdəki Rəsm ölmədi, ancağ fotoqrafiya daha da inkişaf edərək oda ayrıca bir sənət yoluna çevrildi. Necə ki, zamanın da, fotoqrafiyanın rəssamlara müəyyən təsirləri olduğu kimi ola bilsin ki, Süni intellekt vasitəsi ilə yaradılan sənət əsərlərin də, bəzi müasir rəssamlara mənfi təsirləri olsun. Süni İntellekt onsuzda zamanla digər peşələrədə müdaxilələr edirdi. Biz bunu Süni İntellekt vasitəsi ilə yaradılan şahmat oyunlarını da misal çəkə bilərik. Dünyanın ən yaxşı şahmat oyunçuları belə süni intellekt qalib ola bilmirdilər. Ancaq bu insanların şahmat oyunlarına olan marağına mane ola bilmədi. Bütün bu təcrübələr göstərir ki, texnologiyanın yaratdığı əsərlərə görə insanların incəsənəti dayandırması inandırıcı görünmür. Süni İntellekt müasir rəssamların işinə təsir göstərə bilər və ya müasir rəssamlar bundan istifadə edə bilər ancaq insanlar tərəfindən yaradılmış sənət heç vaxt yox olmayacaq.

Süni İntellekt əsas aparıcı gücə sahib olması zamana bağlı olan məsələdir, O üzdən hər bir hala hazır olmaq ona uyğunlaşmaq lazımdır. Süni İntellekt dizaynerlərə və illustratorlara yaratdığı ən böyük təhlükə ondan ibarətdir ki, təcrübəsiz sahibkarlar yaradıcı adamları işə qəbul etməkdənsə bunun vasitəsi ilə yaratdığı əsərlərdən istifadə etməyə üstünlük verəcəklər. Hal-hazırda belə bir fikirlər dolaşır ki, süni intellekt insan sifətini və əlini yaxşı çəkə bilmir. Bu həqiqətdir ancaq proqres davam edir, hər yenilənmə sistemi daha da təkmilləşdirəcək.

Ancaq buna biz başqa tərəfdən baxsaq Dizaynerlər və illustratorlar bundan bir alət kimi də istifadə edə bilərlər. Verilən nəticənin üzərində müəyyən düzəlişlər etməklə istədikləri nəticəni əldə edə bilərlər. Bu işin həm sürətini həm də, gücünü artırmış olacaq. Süni İntellekt eskiz və ideyalar üçündə istifadə etmək olar. Müştəri ilə görüşmədən öncə etdiyiniz eskizlərə böyük zaman və çəkdiyiniz miqdarı indi Sİ vasitəsi ilə daha tez və daha keyfiyyətli bir neçə versiyalarla təkliflər verə bilərsiz.

Süni İntellekt sizin beyin fırtınasında da kömək ola bilər. Yeni ideyaların və konseptlərin sizə mürəkkəb görünərsə bunu Sİ hesabına asanlaşdırıb daha marağlı daha fərqli nəticələr əldə edə bilərsiz. Əlbətdə bu sistemin çatışmayan tərəfləri var və o öz bazasında bu günə qədər yaradılan üslubları istifadə edir ancaq özündən yeni bir üslub yarada bilmir.

Buda insanların gücünü müəyyən qədər aktuallaşdırır. Süni İntellekt üzləşdiyi digər problem insanların sənətdə üzləşdiyi təcrübələri, dünyanı dərk etmələri və ünsiyyəti isə öz işlərində əks etdirə bilmir. İnsanlar istifadə edəcək yalnız tamamən imtina etməyəcəklər. Dostlar Süni İntellekt zamanla özünü inkişaf etdirəcək, biz dizaynerlərə isə tövsiyyə odur ki, bunu fürsət bilib öz işlərimizdə doğru istifadə etməklə imkanlarından yararlana bilərik. Əks halda isə sadəcə texnologiyanın inkişafından geri düşə bilərik.

 

2023-02-12

Related Articles

Cardlax – Earbuds Washer

Cardlax – Earbuds Washer

nasirovramin 11 Апр 2021
Yaponiyalı rəssam Sachiko Kodama

Yaponiyalı rəssam Sachiko Kodama

nasirovramin 27 Мар 2021
Cyberpunk 2077 oyunun yaradıcıları məhkəməyə verildi

Cyberpunk 2077 oyunun yaradıcıları məhkəməyə verildi

nasirovramin 25 Дек 2020

Добавить комментарий Отменить ответ

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Digital

Süni İntellekt Dizayneri əvəz edəcəkmi?

Süni İntellekt Dizayneri əvəz edəcəkmi?

12 Фев 2023
Cyberpunk 2077 oyunun yaradıcıları məhkəməyə verildi

Cyberpunk 2077 oyunun yaradıcıları məhkəməyə verildi

25 Дек 2020
Amazon məhsulları Dronlar vasitəsi ilə çatdıracaq

Amazon məhsulları Dronlar vasitəsi ilə çatdıracaq

21 Сен 2020
Trump Tik-Tok satış qadağasını noyabrın 12-nə qədər təxirə saldı.

Trump Tik-Tok satış qadağasını noyabrın 12-nə qədər təxirə saldı.

22 Авг 2020
Apple sentyabrda nələr təqdim edəcək ? ardıcıllıq

Apple sentyabrda nələr təqdim edəcək ? ardıcıllıq

08 Авг 2020

Facebook səhifəmizi bəyən

Facebook Pagelike Widget

Xəbər lenti

  • Whoosh

    Whoosh

  • The Last of Us: II hissə 19 iyundan etibarən satışa çıxır

    The Last of Us: II hissə 19 iyundan etibarən satışa çıxır

News in Pictures

Süni İntellekt Dizayneri əvəz edəcəkmi?
Cyberpunk 2077 oyunun yaradıcıları məhkəməyə verildi
Amazon məhsulları Dronlar vasitəsi ilə çatdıracaq
Trump Tik-Tok satış qadağasını noyabrın 12-nə qədər təxirə saldı.
Apple sentyabrda nələr təqdim edəcək ? ardıcıllıq
Hicon Pack — Dizayner və proqramistlər üçün 396 ikondan pulsuz paket
Kukla kit — 3D elementlər paketi.
Windows 10 da Start menyusu redesign edildi (Alt+Tab)
DataMask Screenshot Editor – Ekran görüntüsünü düzəltmək üçün alət
Adobe rəsmi olaraq açıqladı Flash Player-in aktivliyini dayandırır

Nasiroff
Gündəlik Dizayn, Texnologiya və Marketinq xəbərləri

Sosial şəbəkələrdə bizi İzləyin

Recent Posts

  • Süni İntellekt Dizayneri əvəz edəcəkmi?

    Süni İntellekt Dizayneri əvəz edəcəkmi?

    12 Фев 2023
  • 5 formada rəngli 2022-ci il təqvimi

    5 formada rəngli 2022-ci il təqvimi

    03 Янв 2022
  • Fontbrief – font axtarış sistemi

    Fontbrief – font axtarış sistemi

    26 Апр 2021
Copyright 2016
Dizayn / Texnologiya / Marketinq