Bu gün dünyanın 190-dan çox ölkəsində 183 milyon pullu istifadəçisi olan yeni nəsil TV Seriyası Netflix
bu yaxınlarda verdiyi qərarla gündəmə gəldi. Türkiyə mətbuatının verdiyi xəbərə görə; Netflix aktiv olmayan hesabları bağlayacaq.
Netflix, 1 il və ya daha çox bir film izləməyən, aktiv olmayan müştərilərə ilk öncə abunəçilərə onların hesabları bağlanacaq deyə xəbərdarlıq sorğusu göndərəcək. Əgər həmin müddətdə ərzində şirkət qarşı tərəfdən cavab almasa hesabların üzvlüyünü ləğv edəcək. Çünki biz insanların istifadə etmədikləri xidmətə görə pul ödəmələrini istəmirik deyə şirkət açıqlama verib.