Azərbaycanda 28 May – Respublika Günü qeyd olunur
Bu gün ölkəmizdə 28 may – Respublika günü qeyd olunur. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Bu gün bu şanlı tarixdən 102 il keçir.
Hər il Azərbaycan xalqı 28 May tarixini böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Respublika Gününüz mübarək olsun!